Kompüter və informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssislərin yarışı.
Capture The Flag
Müsabiqə haqqında
CTF formatı mütəxəssislərin kompüter sistemlərinin mühafizəsi üzrə bacarıq və səriştələrini qiymətləndirməyə imkan verir. Müsabiqə çərçivəsində iştirakçılara veb-tətbiqetmələrdə olan zəifliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik, və s. bu kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.
Müstəqil ekspertlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində ən iri şirkətlərinin aparıcı əməkdaşları iştirakçılar və qonaqların qarşısında çıxış edəcəklər. Bununla da tədbir nəinki ölkədə olan ən perspektivli informasiya təhlükəsizliyi mütəxəssislərinin müəyyən edilməsi və qeyd edilməsinə yardım edəcəkdir, həm də görüş və fikir mübadiləsi yeri, informasiyanın qorunması istiqamətində bazarın və texnologiyaların inkişafı haqqında daha səhih məlumatın alınma mənbəyi olacaqdır.
Müsabiqənin
nəticələri
Şərtlər
— İnformasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssislərin praktiki səriştə və biliklərinin qiymətləndirilməsi və inkişafı.
— İnformasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssis birliyinin formalaşdırılması.
— Müsabiqə iştirakçılarının qeydiyyatı müsabiqənin saytında (www.ctf.az) may ayının 23-dən start götürəcək və iyun ayının 2-dək davam edəcəkdir.
— Müsabiqə günü, 3 iyun saat 11:00-dan 23:00-dək onlayn yarışlar keçiriləcək və tapşırıqlar yerləşdiriləcəkdir.
— 10 iyun tarixində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək və ilk üç yeri tutan qaliblər açıqlanacaqdır.
Müsabiqə task-based (və ya jeopardy) formatında keçirilir — oyunçulara cavablandırıb göndərmələri üçün bir sıra tapşırıqlar verilir. Cavab bir bayraqdır: bir simvol və ya təsadüfi bir ifadə ola bilər. Komanda Düzgün yerinə yetirilmiş bir tapşırığa görə komanda müəyyən xallar alır. Tapşırıq nə qədər çətin olsa, doğru cavaba daha çox xal düşəcək..
— Web (veb-tətbiqetmələrdə olan pozuntuların istismarı)
— Crypto (kriptoqrafiya)
— Pwn (binar tətbiqetmələrdə olan pozuntuların istismarı)
— Reverse engineering (tərs mühəndislik)
— Misc ( sairə tapşırıqlar)
Müsabiqəyə qeydiyyat yalnız Azərbaycan Respublikası ərazisindən mümkündür.
1. Mərhələ
İştirakçının və komandanın qeydiyyatı (2022-ci il mayin 23-dan iyunın 2-dək):
- Müsabiqədə iştirak etmək istəyən https://hackday.ctf.az müsabiqə arenasında qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı əlaqə məlumatları və elektron poçt qeyd edilməlidir.
- Qeydiyyatdan sonra iştirakçının poçtuna avtorizasiyanın təsdiq edilməsi üçün məktub gəlir.
- Hesab təsdiq edildikdən sonra iştirakçı mövcud komandaya qoşulmalı ya da özü komanda yaratmalıdır. Komandanı yaradan ilk iştirakçı komandanın kapitanıdır. Komandanın kapitanı sonradan dəyişdirilə bilməz
2. Mərhələ
Müsabiqənin başlaması ( 3 iyun, 11.00-dan 23.00 dək)
Müsabiqənin keçirildiyi müddətdə tapşırıqların həllinə başlamaq (müsabiqənin başlamasına dair poçta bildiriş alacaqsınız)
3. Mərhələ
Müsabiqə finalı (10 iyun)
Müsabiqənin bütün iştirakçıları dəvət olunur. İştirakçılarının ən yaxşısı mükafat alacaq. Mükafatlandırma mərasimi 10 iyun tarixində keçiriləcəkdir
Müsabiqə zamanı daha çox bal toplayan ilk üç komanda qalib kimi tanınacaq.
Liderlərin reytinqi onlayn işıqlandıralacaq. İlk üç yeri tutanlar final mükafatlandırma mərasimində elan edilir.
İkincisi sonrakı inkişaf üçün istiqamətlənəcək. Siz hansı sahədə biliklərinizi artırmalı olduğunuz və hansı sahədə təcrübənizin yetərsiz olduğu haqda təsəvvürünüz olacaq.
Üçüncüsü əgər sizin komanda qalib gəlsə siz CTF təşkilatçılarından və tərəfdaşlarından müsabiqənin qalibi kubokunu və faydalı hədiyyələr alacaqsınız.
Sonda isə siz bir çox mütəxəssislərlə tanış olacaqsınız və həmfikirlər tapacaqsınız.